Gürcüstan Milli Bankının builki valyuta satışı 400 milyon dolları ötüb
Maliyyə
- 22 sentyabr, 2020
- 11:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin əvvəlindən Gürcüstanın Milli Bankı (GMB) valyuta bazarına 409,65 milyon ABŞ dolları məbləğində xarici valyuta çıxarıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Sabah GMB 2020-ci il ərzində 14-cü dəfə valyuta hərracı keçirəcək və sentyabrın 16-da baş tutmuş əvvəlki hərracda olduğu kimi yenə də 40 milyon ABŞ dolları məbləğində xarici valyuta satacaq.
Xatırladaq ki, son hərracda Amerika valyutasının orta ölçülmüş məzənnəsi 3,1546 lari təşkil edib. Ümumiyyətlə, son günlər Gürcüstanın milli valyutası olan larinin ABŞ dollarına münasibətdə ucuzlaşması müşahidə edilir. Bugünkü məzənnə 3,2295 lariyə bərabərdir.
Son xəbərlər
04:20
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
Digər ölkələr
04:06
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
Digər ölkələr
03:42
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
Digər ölkələr
03:21
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
Region
03:17
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
Digər ölkələr
02:41
Ukrayna Prezidenti: Rusiya Əbu-Dabi danışıqlarında Donbasdakı vəziyyəti təhrif edib
Digər ölkələr
02:39
Yunanıstanda sualtı elektrik xətti tikiləcək
Digər ölkələr
02:29
Serbiyanın Atəşkəs Günündə altı topdan on yaylım atəşi açılıb
Digər ölkələr
02:02
İsrail HƏMAS-ın tərk-silah olunması ilə bağlı vasitəçilərə çağırış edib
Digər ölkələr