Gürcüstanın Azərbaycana borcu azalıb
- 12 mart, 2019
- 13:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il fevralın 28-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan borcu 7,435 milyon dollar təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.
Yanvar ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 384 min dollar azalıb.
Ötən ay Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 18,549 milyon dollar azalaraq 5 448,11 milyon dollar təşkil edib. Bu məbləğin 5 280,353 milyon dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (323, 732 milyon dollar), Fransa (252,478 milyon dollar) və Yaponiya (213,345 milyon dollar) daxildir.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə azalaraq müvafiq olaraq 14,273 milyon dollara, 58,773 milyon dollara və 8,305 milyon dollara düşüb.