Gürcüstan iqtisadiyyatı III rübdə 5,6% kiçilib

Maliyyə
  • 18 dekabr, 2020
  • 07:22
Gürcüstan iqtisadiyyatı III rübdə 5,6% kiçilib

Bu ilin III rübündə Gürcüstanda 13 331,2 milyon dəyərində ümumi daxili məhsul istehsal olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% azdır. Hesabat dövründə ÜDM deflyatoru isə 5,9% artıb.

İyul-sentyabr aylarında azalma yerləşmə və qida xidməti fəaliyyəti (-53,1), daşınma və anbar (-25%), əyləncə və rekreasiya (-32,4%), inzibati və dəstək xidməti fəaliyyəti (-49%) , peşəkar, elmi və texniki fəaliyyət (-12,5%), elektrik, qaz, buxar və kondisioner təchizatı (-11,5%), maliyyə və sığorta sahələrində (-4,4%) qeydə alınıb.

Real artım isə dövlət idarəçiliyi və müdafiə, icbari sosial təminat (4,3%), sağlamlıq və sosial işlər üzrə fəaliyyət (6,6%), təhsil (5,6%), mədənçıxarma və karxana (14,7%), tikinti (2%), kənd təssərüfatı, meşəçilik və balıqçılıq sahələrində (1,5%) müşahidə olunub.

ÜDM-də ən böyük pay ticarət (15,1%), istehsal (11,6%), daşınmaz əmlak (10,7%), tikinti (10,4%) və digər sahələrə məxsus olub.

Son xəbərlər

Bütün Xəbər Lenti