Gələn il Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi 5 milyard manata yaxın olacaq

Maliyyə
  • 15 sentyabr, 2022
  • 14:13
Gələn il Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi 5 milyard manata yaxın olacaq

2023-cü ildə Dövlət Gömrük Komitəsinin büdcəyə 4 750 milyon manat vəsait köçürəcəyi gözlənilir.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,15% çoxdur.