"Gates Foundation": Çirkab suların monitorinqi milli səhiyyə sisteminin prioritetinə çevrilməlidir

Maliyyə
  • 19 iyun, 2026
  • 12:00
Gates Foundation: Çirkab suların monitorinqi milli səhiyyə sisteminin prioritetinə çevrilməlidir

Çirkab suların monitorinqi milli səhiyyə sisteminin prioritetinə çevrilməlidir.

"Report" xəbər verir ki, bunu "Gates Foundation"ın Orta Şərq üzrə Baş direktor müavini James Carty Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, ilk növbədə, dövlətlərin çirkab sularının monitorinqini mənimsəməsi və bu sahədə öhdəlik götürməsi vacibdir: "Bu, həmin prosesin milli büdcələrə daxil edilməsini təmin edir və ölkələrin bu istiqamətdə maliyyə dəstəyi üçün rəsmi sorğular təqdim etməsinə imkan yaradır. Monitorinq sistemləri hər bir ölkənin ehtiyaclarına uyğun şəkildə, xüsusilə prioritet patogenlər nəzərə alınmaqla formalaşdırıla bilər. Bu yanaşma sistemlərin daha hədəfli və effektiv olmasını təmin edir. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə normativ çərçivələrin və standartların hazırlanması istiqamətində sıx əməkdaşlıq edirik. Məqsəd bu sistemlərin həm ölkədaxili, həm də beynəlxalq monitorinq və cavab mexanizmlərinə inteqrasiyasını təmin etməkdir. Lakin bütün bu səylərin səmərəli nəticə verməsi üçün əsas şərt ondan ibarətdir ki, ölkələr bu prosesi öz prioritetləri kimi qəbul etsin və onun sahibliyini üzərinə götürsün".

44 filmi