Fond SKMF-in “Bank Standard”dakı pulunun növbədənkənar verilməsinə münasibət bildirib

Maliyyə
  • 21 noyabr, 2017
  • 12:09
Fond SKMF-in “Bank Standard”dakı pulunun növbədənkənar verilməsinə münasibət bildirib
ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev
Report/ Orkhan Azim

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) ləğv prosesində olan “Bank Standard” QSC-dəki pulunun növbədənkənar verilməsi məsələsinə münasibət bildirib.

“Report” xəbər verir ki, o, bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında danışıb.

ADIF rəsmisinin sözlərinə görə, SKMF-in vəsaiti dövlətə məxsusdur və bu baxımdan, qeyd olunan qurumun “Bank Standard”dakı pulunu Fonddan əvvəl götürməsində qeyri-adi heç nə yoxdur.

Bununla yanaşı, V.Abdullayev deyib ki, hələ ki, SKMF-yə ödəniş edilməyib: “Səslənən fikir, sadəcə, proqnoz göstəricisidir, fakt deyil”.

ADIF-in icraçı direktorunun müavini “Bank Standard”ın müflis olmasında iştirak etmiş Bankın İdarə Heyətinin sabiq sədr müavini Orxan Xubanovu özünə müşavir təyin etməsi ilə bağlı səslənən ittihamlara münasibət bildirib. O deyib ki, əgər adı çəkilən şəxsin qanunsuz addımları olsaydı, məsuliyyətə cəlb edilərdi.

44 filmi