"Fitch": Azərbaycan yüksək maliyyə çevikliyinə malikdir

Maliyyə
  • 20 yanvar, 2026
  • 17:12
Fitch: Azərbaycan yüksək maliyyə çevikliyinə malikdir

Azərbaycan çox yüksək maliyyə çevikliyinə və əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş normativ-hüquqi bazaya malik olsa da, bu istiqamətdə hələ müəyyən işlər görülməlidir.

"Report" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrişnan (Arvind Ramakrishnan) bildirib.

Onun sözlərinə görə, bir sıra mandatlar, xüsusilə də Azərbaycan Dövlət Neft Fondu ilə Mərkəzi Bank arasında rolların bölüşdürülməsi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Bununla əlaqədar "Fitch" Azərbaycanın suveren reytinqini makroiqtisadi blok üzrə bir pillə aşağı salır ki, bu da dövlət maliyyəsi və xarici maliyyə istiqamətləri üzrə iki müsbət pilləni tarazlaşdırır.

Bununla yanaşı, A.Ramakrişnan vurğulayıb ki, dövlət borcunun son dərəcə aşağı səviyyəsi ölkənin suveren reytinqinin aşkar üstünlüyüdür.

"İqtisadiyyat şaxələndirmə yolu ilə irəliləyir, lakin qarşıda hələ xeyli iş var. Dövlət idarəçiliyinin keyfiyyətinə gəlincə, bu, şübhəsiz ki, müqayisəsi aparılan "BBB" kateqoriyalı ölkələrə nisbətən daha zəif olaraq qalır, lakin son bir neçə il ərzində bu sahədə yaxşılaşma qeydə alınıb", - o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti