"Fitch" Azərbaycan İpoteka Fondunun reytinqini təsdiq edib

Maliyyə
  • 02 mart, 2017
  • 05:21
Fitch Azərbaycan İpoteka Fondunun reytinqini təsdiq edib

Bakı. 2 mart. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "Azərbaycan İpoteka Fondu" (AİF) ASC-nin uzunmüddətli yerli və xarici valyutada emitentin defolt reytinqini "BB+", proqnozu isə "neqaıtiv" olaraq təsdiq edib. 

"Report" xəbər verir ki, Agentlik AİF-in reytinqini Azərbaycanın suveren reytinqinə uyğunlaşdırıldığını bildirib. Bununla yanaşı, "Fitch" təşkilatın dövlətlə sıx əlaqələrinin olduğunu, dövlət mənzil siyasətinində əsas rol oynadığını və dövlətin ciddi nəzarəti altında olduğunu qeyd edib.

44 - Tezliklə