“Fitch” 2025-ci ildə Azərbaycanda inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır
Maliyyə
- 14 iyun, 2025
- 03:35
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 5,3 % təşkil edəcəyini və 2026-cı ildə 4,6 %-ə düşəcəyini proqnozlaşdırır.
Bu barədə “Report” agentliyin hesabatına istinadən xəbər verir.
“Bu göstəricilər Mərkəzi Bankın hədəf diapazonunda (4 % ± 2 faiz bəndi) qalır”, – “Fitch” qeyd edib.
Agentliyin analitikləri davam edən inflyasiya risklərini və ehtiyatlı monetar siyasəti nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 2026-cı ilə qədər azaldacağını gözləmirlər.
Ölkədə illik inflyasiya 2025-ci ilin yanvar-may aylarında 5,9 %-ə çatıb. “Bu, qismən keçən ilin aşağı baza effekti, 2025-ci ilin birinci rübündə minimum əmək haqqının artırılması ilə bağlıdır”, – hesabatda deyilir.
Son xəbərlər
18:00
Ukraynalı polkovnik: Şərait yaradılsa belə, Kremli vurmaq imkanımız yoxdur
Digər ölkələr17:57
Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"la oyunda heç-heçə edib
Futbol17:49
Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə olub
Xarici siyasət17:43
Beyləqanda avtomobilin vurduğu şagird komaya düşüb
Hadisə17:42
İranın ən böyük banklarından biri müflis elan edilib
Region17:30
Azərbaycan süd və qaymaq idxalını 17 %-ə yaxın artırıb
Biznes17:22
İrlandiyada yeni prezident seçilib
Digər ölkələr17:20
Azərbaycandakı bankların xalis mənfəətinin (zərərinin) məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2025)
Maliyyə17:10