"Finoko" BOKT-un səhmlərinə 2 investor maraq göstərib

Maliyyə
  • 02 avqust, 2023
  • 10:29
Finoko BOKT-un səhmlərinə 2 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, səhmlər abunə yazılışı üsulu ilə yerləşdirilib.

Qiymətli kağızlara 2 investor 500 min manatlıq 2 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub və “Finoko”nun nizamnamə kapitalı 10,3 % artaraq 4,855 milyon manatdan 5,355 milyon manata çatıb.

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).