“Finoko” BOKT nizamnamə kapitalını artırır
- 03 iyul, 2023
- 07:08
Yeniliklərdən dərhal xəbərdar olun!
“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) səhmlərini yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 10 manat olan 50 min ədəd, yəni 500 min manatlıq adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar tam yerləşdirilsə, “Finoko”nun nizamnamə kapitalı 10,3 % artaraq 4,855 milyon manatdan 5,355 milyon manata çatacaq.
Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).