“Finkapital” BOKT fəaliyyətinin ilk ilini mənfəətlə başa vurub
- 17 may, 2023
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
“Finkapital” MMC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətinin ilk ili olan 2022-ci ili 143 min manat mənfəətlə başa vurub.
“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ötən il "Finkapital"ın vergiyəqədərki mənfəəti 179 min manat, mənfəət vergisi ödəmələri isə 36 min manat təşkil edib.
Bu il yanvarın 1-nə "Finkapital"ın aktivləri 2,127 milyon manat olub ki, bu da illik müqayisədə 7,1 dəfə çoxdur. Bunun 2,105 milyon manatı müştərilərə verilmiş kreditlərdir. BOKT-un kredit portfeli 2022-ci ildə formalaşıb.
Hesabat dövründə "Finkapital"ın 1,684 milyon manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 47,7 % artaraq 443 min manata çatıb.
Xatırladaq ki, "Finkapital" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.