“FİNKA Azərbaycan” BOKT-un yeni istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 14 mart, 2023
  • 16:19
“FİNKA Azərbaycan” BOKT-un yeni istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Martın 16-da "Bakı Fond Birjası" QSC-də (BFB) “FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

44 filmi