"FİNKA Azərbaycan" BOKT-un xalis mənfəəti 25 % artıb
- 17 may, 2023
- 07:19
Yeniliklərdən dərhal xəbərdar olun!
"FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 3,267 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 25,1 % çoxdur.
Ötən il "FİNKA Azərbaycan"ın vergiyəqədərki mənfəəti 3,502 milyon manat (illik müqayisədə 35,7 % çox), mənfəət vergisi ödəmələri isə 235 min manat (əvvəlki il vergi ödəmələrinə qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə "FİNKA Azərbaycan"ın aktivləri 50,108 milyon manat olub ki, bu da illik müqayisədə 39,7 % çoxdur. Bunun 44,875 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 54,4 % böyüyüb.
Hesabat dövründə "FİNKA Azərbaycan"ın öhdəlikləri 65,8 % artaraq 33,864 milyon manata, balans kapitalı isə 5,2 % artaraq 16,245 milyon manata çatıb.
Xatırladaq ki, "FİNKA Azərbaycan" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,757 milyon manatdır. BOKT-un təsisçisi 100%-lik payla "FINCA International"dır.