"FİNKA Azərbaycan" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 16 oktyabr, 2026
  • 11:05
FİNKA Azərbaycan BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 13-də "Bakı Fond Birjası" QSC-də (BFB) "FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının növbəti 2 milyon manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz birqiymətli hərrac yolu ilə yerləşdiriləcək. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

44 filmi