“Finex Kredit” BOKT-un zərəri 35 % artıb
- 11 may, 2023
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
“Finex Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 421 min manat zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 34,9 % çoxdur.
Bu il yanvarın 1-nə “Finex Kredit”in aktivləri 5,384 milyon manat olub ki, bu da illik müqayisədə 4,4 % azdır. Bunun 3,319 milyon manatı müştərilərə verilmiş kreditdir. 2022-ci ildə BOKT-un kredit portfeli 7 % kiçilib.
Hesabat dövründə “Finex Kredit”in öhdəlikləri 4 % artaraq 4,932 milyon manata çatıb, balans kapitalı isə 49 % azalaraq 452 min manata düşüb.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. BOKT-un səhmdarları Şəlalə Tağıyeva (18,9 %), Ramina Allahverdiyeva (18,3 %), Azad Cəbrayılov (15,6 %), Mobil Şərifov (14,8 %), Tokay Şıxəlizadə (14,1 %), Rövşən Məmmədov (6,8 %), Tofiq Cəfərov (4,6 %), Azər Hacıyev (3,3 %), Gülnarə Tağıyeva (2 %) və Sevil Hidayətovadır (1,6 %).