“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
- 02 avqust, 2024
- 05:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 6-da, saat 12:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi, mühüm iştirak payının əldə edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,494 milyon manatdır. BOKT-un səhmdarları Xaqan Mirzəyev (32,1 %), Azad Cəbrayılov (26,75 %), Ramina Allahverdiyeva (16,55 %), Şəlalə Tağıyeva (10,1 %), Tokay Şıxəlizadə (7,5 %), Rövşən Məmmədov (3,6 %), Mobil Şərifov (2,3 %) və Gülnarə Tağıyevadır (1,1 %).