“Finex Kredit” BOKT-un səhmdarlarının sayı azalıb, pay bölgüsü dəyişib

Maliyyə
  • 12 sentyabr, 2023
  • 13:53
“Finex Kredit” BOKT-un səhmdarlarının sayı azalıb, pay bölgüsü dəyişib

“Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının sayı 10-dan 8-ə düşüb.

“Report” xəbər verir ki, buna səbəb bu ilin I yarısında BOKT-un 3 səhmdarının – Sevil Hidayətova, Tofiq Cəfərov və Azər Hacıyevin paylarını satması, əvəzində Xaqan Mirzəyevin kredit təşkilatından pay almasıdır.

Bu ilin yanvar-iyun aylarında “Finex Kredit” adi səhmlərin emissiyası hesabına nizamnamə kapitalını 694 min manat və yaxud 86,75 % artıraraq 1,494 milyon manata çatdırıb. Bunun nəticəsində BOKT-un səhmdarlarının pay bölgüsü dəyişib.

Beləliklə, hazırda X.Mirzəyev "Finex Kredit"in səhmlərinin 32,1 %-nə nəzarət edir. Digər 7 səhmdarın payı isə belədir:
Azad Cəbrayılov – 26,75 % (əvvəl 15,6 %);
Raminə Allahverdiyeva – 16,55 % (əvvəl 18,25 %);
Şəlalə Tağıyeva – 10,1 % (əvvəl 18,95 %);
Tokay Şıxəlizadə - 7,5 % (əvvəl 14,1 %);
Rövşən Məmmədov – 3,6 % (əvvəl 6,75 %);
Mobil Şərifov – 2,3 % (əvvəl 14,8 %);
Gülnarə Tağıyeva – 1,1 % (əvvəl 2 %).