“Finex Kredit” BOKT-un Müşahidə Şurası və İdarə Heyəti yenidən formalaşdırılacaq

Maliyyə
  • 24 noyabr, 2023
  • 05:17
“Finex Kredit” BOKT-un Müşahidə Şurası və İdarə Heyəti yenidən formalaşdırılacaq

Dekabrın 1-də, saat 12:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Finex Kredit"in nizamnaməsinə dəyişiklik edilməsi, Müşahidə Şurasının və İdarə Heyətinin yenidən formalaşdırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,594 milyon manatdır. BOKT-un səhmdarları Xaqan Mirzəyev (32,1 %), Azad Cəbrayılov (26,75 %), Raminə Allahverdiyeva (16,55 %), Şəlalə Tağıyeva (10,1 %), Tokay Şıxəlizadə (7,5 %), Rövşən Məmmədov (3,6 %), Mobil Şərifov (2,3 % ), və Gülnarə Tağıyevadır (1,1 %).

44 filmi