"FINCA Azərbaycan" aqrar sektorun inkişafına dəstəyini uğurla davam etdirir

Maliyyə
  • 24 sentyabr, 2025
  • 10:00
FINCA Azərbaycan aqrar sektorun inkişafına dəstəyini uğurla davam etdirir

Azərbaycan maliyyə bazarında fəaliyyətini uğurla davam etdirən "FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) aqrar sahənin inkişafı ilə bağlı Şamaxı rayonunda keçirilən daha bir tədbirdə təmsil olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar İnnovasiya Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda keçirilən tədbir panel müzakirələrə davam edib.

Tədbirə aidiyyəti dövlət qurumlarının, bank və qeyri-bank kredit təşkilatlarının nümayəndələri, eləcə də üzümçülük sahəsində fəaliyyət göstərən fermerlər qatılıb. Müzakirələrin əsas məqsədi aqrar sektorda tətbiq edilən dövlət dəstək mexanizmlərinin izahı, onların fermerlər üçün praktik imkanlarının təqdim olunması və mövcud dəstək alətlərinin daha səmərəli istifadəsinə şərait yaratmaq olub.

Panel müzakirədə "FINCA Azərbaycan" təşkilatı da təmsil olunub. Təşkilatın Şimal-Qərb regionu üzrə ərazi meneceri Orxan Abbasov panel müzakirədə çıxış edərək fermerlərə "FINCA Azərbaycan"ın kənd təsərrüfatı sahəsi ilə bağlı fermerlərə dəstəyindən, təşkilatın maliyyə xidmətləri və güzəştli kredit şərtləri ilə bağlı ətraflı məlumat verib. O, şirkətin əsas məqsədinin fermerlərin ehtiyaclarını yaxından öyrənmək, onların təsərrüfat fəaliyyətini dəstəkləmək və aqrar sahənin inkişafına töhfə vermək olduğunu xüsusi vurğulayıb.

Panel müzakirədən sonra Şamaxı Olimpiya Mərkəzində toxum sərgi-satış yarmarkası təşkil edilib. Yarmarkada iştirak edən "FINCA Azərbaycan" stendi böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri fermerlərə kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulmuş kredit məhsulları və maliyyə xidmətləri barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.

"FINCA Azərbaycan" bu kimi tədbirləri fermerlərlə birbaşa ünsiyyət yaratmaq, onların ehtiyaclarını öyrənmək və aqrar sahənin davamlı inkişafına dəstək vermək üçün mühüm platforma kimi qiymətləndirir. Xüsusilə, bölgələrdə fermerlər üçün maliyyə əlçatanlığının təmin edilməsi şirkət üçün prioritetdir və bu istiqamətdə tədbirlərdə iştirakını davam etdirməyi hədəfləyir.

Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərən "FINCA Azerbaijan" hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət göstərir. Hazırda "FINCA Azərbaycan" dövlət tənzimləyici orqanları və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyi də daxil olmaqla bir çox maraqlı tərəflərlə güclü və məhsuldar əməkdaşlıq münasibətlərinə malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti