"FINCA Azerbaijan" BOKT-un istiqrazlarına 50 investor maraq göstərib

Maliyyə
  • 12 avqust, 2025
  • 13:06
FINCA Azerbaijan BOKT-un istiqrazlarına 50 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 50 investor 1 milyon manatlıq 50 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirikəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi