"Finans Kredit" BOKT-un xalis mənfəəti 4 %-dən çox azalıb

Maliyyə
  • 22 may, 2025
  • 12:20
Finans Kredit BOKT-un xalis mənfəəti 4 %-dən çox azalıb

"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 203 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,2 % azdır.

Ötən il "Finans Kredit"in vergiyəqədərki mənfəəti 254 min manat (əvvəlki ilə nisbətən 4,2 % az), mənfəət vergisi ödəmələri isə 51 min manat (3,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Finans Kredit"in aktivləri 3,47 milyon manat olub ki, bu da illik müqayisədə 10,8 % çoxdur. Bunun 3,011 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 9,6 % böyüyüb.

Hesabat dövründə "Finans Kredit"in öhdəlikləri 0,5 % azalaraq 2,414 milyon manata düşüb, balans kapitalı isə 49,4 % artaraq 1,056 milyon manata, o cümlədən nizamnamə kapitalı 45 % artaraq 641 min manata çatıb.

Xatırladaq ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-un təsisçisi Rəmiyəddin Məmmədovdur.