“Ferrum Kapital”ın istiqrazlarına 53 investor maraq göstərib
- 19 avqust, 2025
- 16:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanın aparıcı faktorinq şirkəti - “Ferrum Kapital” MMC-nin 1 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 53 investor 1 milyon manatlıq 53 sifariş təqdim edib.Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.