Dünya bazarında qızıl ucuzlaşıb

Maliyyə
  • 07 yanvar, 2022
  • 02:38
Dünya bazarında qızıl ucuzlaşıb

Dünən keçirilən hərraclarda qızılın qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Nyu-York şəhərindəki “Comex” birjasındakı hərraclar təsdiqləyir.

Belə ki, sarı metalın fevral fyüçersləri 2,01 faiz ucuzlaşaraq 1 788,35 ABŞ dollarına satılıb.