“Falcon Finance" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 11 aprel, 2023
  • 13:13
“Falcon Finance BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Aprelin 13-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Falcon Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 700 ədəd, yəni 700 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.