"Falcon Finance" BOKT ötən ili zərərlə başa vurub

Maliyyə
  • 14 aprel, 2026
  • 11:47
Falcon Finance BOKT ötən ili zərərlə başa vurub

"Falcon Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 62 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 755 min manat xalis mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "Falcon Finance"ın aktivləri 7,419 milyon manat olub ki, bu da illik müqayisədə 9,8 % çoxdur. Bunun 7,015 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 7,4 % böyüyüb.

Hesabat dövründə "Falcon Finance"ın öhdəlikləri 15,4 % artaraq 5,436 milyon manata çatıb, balans kapitalı isə 3 % azalaraq 1,982 milyon manata düşüb.

Xatırladaq ki, "Falcon Finance" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 50 % payla Vüsal Tağıyev və Brilyant Salmanovadır.