"Expressbank" "Xəzri" pul köçürmə sisteminə qoşulacaq
Maliyyə
- 17 noyabr, 2016
- 06:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 noyabr. REPORT.AZ/ “Express Bank” ASC "Kapital Bank" ASC-yə məxsus “Xəzri” beynəlxalq sürətli pulköçürmə sisteminə qoşulacaq. Bunu “Report”a açıqlamasında “Kapital Bank”ın Satış kanalları Departamentinin direktoru Vüsal Nağıyev deyib.
Onun sözlərinə görə, “Xəzri” ilə bağlı daha bir yerli və xarici bankla danışıqlar aparılır: “Hazırda Türkiyə bazarına çıxmaq üçün “Zıraat Bankası" ilə danışıqlar gedir. Həmçinin yerli banklardan “Amrahbank” ASC-nin də bu sistemə qoşulması üçün müzakirələr davam etdirilir”.
Qeyd edək ki, “Xəzri” sistemi MDB-nin 5 ölkəsini əhatə etməklə 3 500 xidmət məntəqəsində təqdim olunur. Sistemə indyə qədər “Atabank”, "Bank VTB (Azerbaijan)" və "AFB Bank" ASC-lər qoşulub.
Son xəbərlər
01:17
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol
01:14
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib
Futbol
00:38
Azərbaycan 2030-cu ildə icmal büdcənin kəsirini 260 milyon dollara endirəcək
Maliyyə
00:30
Azərbaycan iqtisadiyyatına yaxın 4 ildə mümkün investisiya qoyuluşunun məbləği elan edilib
Maliyyə
00:25
Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manatdan çox pul xərcləyəcək
Maliyyə
00:18
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
Maliyyə
00:04
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
Maliyyə
23:54
Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir
Xarici siyasət
23:43
2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb
Maliyyə