"Expressbank" lll rübün maliyyə nəticələrini açıqlayıb

Maliyyə
  • 14 oktyabr, 2025
  • 17:32
Expressbank lll rübün maliyyə nəticələrini açıqlayıb

"Express Bank" ASC-nin kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6 %-ə yaxın artaraq 530 milyon 591 min manatı ötüb.

Portfelin böyüməsində biznes kreditlərinin əhəmiyyətli artımı təsir faktorlarından biri olub. Belə ki, bankın biznes kreditləri ötən ilin sonu ilə müqayisədə 10 %-dən çox artaraq 182 milyon manatı ötüb.

2024-cü ilin 3-cü rübü ilə müqayisədə bankın faiz gəlirləri 22 %-dən çox artaraq 60 milyon 657 min manat təşkil edib.

"Expressbank" etibarlı maliyyə qurumu olaraq ötən rübü depozit portfelinin də artımı ilə başa vurub. Bank fiziki şəxslərin depozitlərinin 26 %-ə yaxın artım göstərərək 254 milyon 494 min manata qədər böyüdüyünü bəyan edib. Bununla da Bankın ümumi depozit portfeli 13 %-dən çox artaraq 296 milyon 610 min manatı ötüb.

"Fitch" beynəlxalq reytinq agentliyi 2025-ci ildə "Expressbank"ı yenidən qiymətləndirərək Bankın uzunmüddətli reytinqini "B+" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib.

"Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında Bakı və regionlarda 16 filialla fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.

Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və yaxud sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

"Expressbank" - İşiniz rahat getsin!