"Expressbank"ın İdarə Heyətinə yeni təyinat olub

Maliyyə
  • 01 aprel, 2026
  • 12:25
Expressbankın İdarə Heyətinə yeni təyinat olub

"Expressbank" ASC-də yeni kadr təyinatı həyata keçirilib. Fuad Fikrət oğlu Muradəliyev Bankın İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin olunub.

F.Muradəliyev maliyyə sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O, karyerası ərzində əsasən bank sektorunda fəaliyyət göstərərək maliyyə idarəçiliyi, büdcələmə, risklərin qiymətləndirilməsi və strateji planlaşdırma istiqamətlərində geniş bilik və praktiki təcrübə qazanıb.

Bu təyinata qədər F.Muradəliyev, "Expressbank"da Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb və bankın maliyyə strategiyasının formalaşdırılması, həmçinin effektiv idarə olunmasında mühüm rol oynayıb.

O, əvvəlki illərdə "Bank of Baku" ASC-də rəhbər maliyyə vəzifələrində fəaliyyət göstərib, həmçinin müxtəlif pillələr üzrə irəliləyərək maliyyə sahəsində peşəkar təcrübəsini daha da möhkəmləndirib.

F.Muradəliyev, risklərin idarə olunması sahəsində "Global Association of Risk Professionals"ın təqdim etdiyi FRM® ("Financial Risk Manager") sertifikatına malikdir. Eyni zamanda, CFA Instituteun təşkil etdiyi CFA ("Chartered Financial Analyst") proqramının 2 səviyyəsini uğurla tamamlayıb.

O, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti-ndə Maliyyə ixtisası üzrə başa vuraraq bakalavr və magistr dərəcələri əldə edib.

F.Muradəliyevin yeni vəzifədə fəaliyyətinin "Expressbank"ın maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinə və strateji inkişafına mühüm töhfə verəcəyi gözlənilir.