"Express Lombard"ın xalis mənfəəti 3 % azalıb

Maliyyə
  • 23 iyul, 2026
  • 17:58
Express Lombardın xalis mənfəəti 3 % azalıb

"Express Lombard" ASC 2025-ci ili 468 min manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,1 % azdır.

Ötən il "Express Lombard"ın vergiyəqədərki mənfəəti 584 min manat (əvvəlki ilə nisbətən 3,9 % az), mənfəət vergisi ödəmələri isə 117 min manat (6,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Express Lombard"ın aktivləri 4,201 milyon manat olub ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur. Bunun 3,889 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Ötən il səhmdar cəmiyyətinin lombard portfeli formalaşıb.

Hesabat dövründə şirkətin öhdəlikləri 20,4 dəfə artaraq 2,488 min manata, balans kapitalı isə 74,3 % artaraq 1,713 milyon manata çatıb.

Xatırladaq ki, "Express Lombard" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmdarı 100 % Nicat Həsənovdur. O, həm də "International" ASC bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədridir.

44 - Tezliklə