"Express Lombard"ın səhmdarlarının yığıncağı keçiriləcək
- 11 iyun, 2026
- 14:07
Yeniliklərdən dərhal xəbərdar olun!
İyulun 1-də, saat 11:00-da "Express Lombard" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 142, mənzil 43 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Express Lombard"ın kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də ümumi məsələlər daxildir.
"Express Lombard" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmdarı 100 % Nicat Həsənovdur. O, həm də "International" ASC bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədridir.