"Express Bank" "International" BOKT-dan Dövlət Xidmətinə şikayət edib

Maliyyə
  • 22 fevral, 2022
  • 12:06
Express Bank International BOKT-dan Dövlət Xidmətinə şikayət edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "International" QSC bank olmayan kredit təşkilatı (BOKT) haqqında iş qaldırıb

"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, iş “Express Bank” ASC-nin ərizəsi əsasında “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulması əlamətləri üzrə qaldırılıb.

İşə fevralın 28-də baxılacaq.