“Express Bank”ın xalis mənfəəti 1 % azalıb
- 17 aprel, 2024
- 05:15
Yeniliklərdən dərhal xəbərdar olun!
“Express Bank” ASC bu ilin I rübünü 3,396 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % azdır.
Yanvar-mart aylarında “Express Bank”ın gəlirləri 20,171 milyon manat (illik müqayisədə 12,3 % çox), xərcləri 15,131 milyon manat (7,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 612 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,032 milyon manat (17,9 % çox) təşkil edib.
Bu il aprelin 1-nə “Express Bank”ın aktivləri 531,812 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 20,7 % çoxdur. Bunun 412,145 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 40 % böyüyüb.
Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 24,3 % artaraq 398,483 milyon manata, o cümlədən depozit portfeli 12,3 % artaraq 209,432 milyon manata, balans kapitalı isə 11 % artaraq 133,329 milyon manata çatıb.
Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.