"EVRASCON" səhmdarlarına dividend ödəyəcək
Maliyyə
- 16 may, 2019
- 05:09
İyunun 23-də, saat 11:00-da Avro-Asiya İnşaat Korporasiyası - "EVRASCON" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 ünvanında olacaq.
Yığıncağın gündəliyinə Korporasiyanın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının, yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi, səhmdarlara dividendlərin hesablanması məsələləri daxildir.
Xatırladaq ki, "EVRASCON" ASC 2003-cü ildə yaradılıb. Səhmdar cəmiyyəti 1968-ci ildə Bakıda SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaradılmış və 2001-ci ildə adını "Azərkörpü" ASC-yə dəyişmiş "Körpütikintidəstəsi-100" müəssisəsinin hüquqi varisidir. Onun nizamnamə kapitalı 377 290 manatdır.
Son xəbərlər
04:25
ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb
Digər ölkələr04:02
Pentaqon rəhbəri ABŞ Prezidenti postu uğrunda mübarizəyə qoşula bilər
Digər ölkələr03:52
Nepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır
Digər ölkələr03:21
ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır
Digər ölkələr02:48
Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik
Region02:18
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
Digər ölkələr01:49
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
Region01:20
Tramp BKS-dəki amerikalı astronavtlarla rabitə seansı keçirib
Digər ölkələr00:44