Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçir

Maliyyə
  • 01 noyabr, 2022
  • 13:55
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçir

Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) balansında olan avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması xidməti üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini noyabrın 18-i, saat 18:00-a qədər AERA-nın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ("Çinar Plaza" iş mərkəzi) ünvanına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 21-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.