Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib

Maliyyə
  • 05 sentyabr, 2022
  • 11:35
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi balansındakı nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.

Qalib şirkətə 8 400 manat ödəniləcək.