Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçib

Maliyyə
  • 15 iyun, 2024
  • 13:00
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "HLB Azərbaycan" MMC-dir.

Qalib şirkətə 49 min manat ödəniləcək.