“Embafinans” BOKT-un xalis mənfəəti 5 % azalıb

Maliyyə
  • 02 mart, 2023
  • 12:31
“Embafinans” BOKT-un xalis mənfəəti 5 % azalıb

“Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 3,17 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 5 % azdır.

Ötən il “Embafinans”ın vergiyəqədərki mənfəəti 4,094 milyon manat (əvvəlki ilə nisbətən 3% az), mənfəət vergisi ödəmələri isə 923 min manat (4,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Embafinans”ın aktivləri 43,415 milyon manat olub ki, bu da illik müqayisədə 33,9 % çoxdur. Bunun 37,89 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 45,7 % böyüyüb.

Hesabat dövründə “Embafinans”ın öhdəlikləri 66,3 % artaraq 27,147 milyon manata, balans kapitalı isə 1,1% artaraq 16,269 milyon manata çatıb.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Milli Məclisin üzvü Məşhur Məmmədova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.

44 - Tezliklə