“Embafinans” BOKT-un xalis mənfəəti 18% artıb
- 31 may, 2022
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
“Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 3,336 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 17,9% çoxdur.
Ötən il “Embafinans”ın vergiyəqədərki mənfəəti 4,22 milyon manat (əvvəlki ilə nisbətən 11,9% çox), mənfəət vergisi ödəmələri isə 884 min manat (6,3% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Embafinans”ın aktivləri 32,419 milyon manat olub ki, bu da, illik müqayisədə 4,6% çoxdur. Bunun 26,002 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-nin kredit portfeli 8,5% böyüyüb.
Hesabat dövründə “Embafinans”ın öhdəlikləri 7,2% artaraq 16,32 milyon manata, balans kapitalı isə 2,1% artaraq 16,098 milyon manata çatıb.
Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Milli Məclisin üzvü Məşhur Məmmədova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.