“Embafinans” BOKT-un istiqrazlarına bir investor maraq göstərib

Maliyyə
  • 31 iyul, 2025
  • 17:13
“Embafinans” BOKT-un istiqrazlarına bir investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 1 investor 2 milyon manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.