"Embafinans" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 27 iyul, 2026
  • 11:52
Embafinans BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

İyulun 30-da"Bakı Fond Birjası" QSC-də (BFB) "Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) 7 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 4 milyon manatlıq ilk, sentyabrın 1-də isə 3 milyon manatlıq növbəti tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 40 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

44 filmi