"Embafinans" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 25 iyul, 2025
  • 17:33
Embafinans BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

İyulun 31-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd, yəni 2 milyon manatlıq istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.