"Embafinans” BOKT 4 milyon manatlıq istiqraz buraxır
Maliyyə
- 25 noyabr, 2024
- 06:38
"Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 4 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 4 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar birqiymətli təklif üsulu ilə yerləşdiriləcək, 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
19:05
Azərbaycan–Özbəkistan əməkdaşlığı: regional həmrəylikdən qlobal tərəfdaşlığa - ŞƏRH
Xarici siyasət19:04
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Biznes18:56
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Xarici siyasət18:41
Yaponiyada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr18:35
"Bloomberg": Braziliyadakı leysan yağışları səbəbindən dünyada arabika qıtlığı gözlənilir
Digər ölkələr18:29
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Xarici siyasət18:23
Foto
İsmayıllıda minik avtomobilləri toqquşub, dörd nəfər xəsarət alıb
Hadisə18:14
Foto
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Xarici siyasət18:11