Elman Rüstəmov Türkiyə lirəsinin Azərbaycana təsirini dəyərləndirib
- 20 oktyabr, 2021
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan və Türkiyə arasında qarşılıqlı maliyyə əlaqələrın olmadığına görə lirənin ABŞ dollarına qarşı ucuzlaşması ölkəmizə hər hansı təsir göstərməyəcək".
Bunu “Report”a Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, ticarət balansı vasitəsilə müəyyən qədər təsir ola bilər, amma birbaşa təsir yoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyəsi 3,2 milyard ABŞ dolları təşkil edib (ümumi xarici ticarət dövriyəsinin 14,14 %-i), bununla da Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşı olaraq qalır. O cümlədən istər ixracda (1,9 milyard ABŞ doları və ya ümumi ixracın 13,25 %-i), istərsə idxalda (1,3 milyard ABŞ dolları və ya ümumi idxalın 15,69 %) da Türkiyə ikinci yerdədir. İl ərzində ixrac 8,06 % azalıb, idxal isə 15,9 % artıb.
Cari ilin 9 ayı ərzində Azərbaycandan 455,04 milyon ABŞ dollarlıq neft məhsulları idxal edən Türkiyənin payına həmin növ ixracatımızın 25,15 %-i düşür.
Qeyd edək ki, dünən Türkiyə lirəsi ABŞ dollarına qarşı son 12 gündə beşinci dəfədir ucuzlaşaraq məzənnəsi 9,35 lirəyə çatıb. Bu gün isə dollar 9,32 lirəyədək ucuzlaşıb və bu, ilin əvvəlindən bu yana 26,3 % azalma deməkdir.