Əli Məsimli: "Elm və təhsilə dair strategiyanın hədəflərinə nail olunmayıb"

Maliyyə
  • 03 iyun, 2025
  • 12:35
Əli Məsimli: Elm və təhsilə dair strategiyanın hədəflərinə nail olunmayıb
Əli Məsimli

Azərbaycanda 10 il qabaq qəbul edilmiş elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

"Dövlət büdcəsində elm və təhsil xərclərinin ümumi daxili məhsulda (ÜDM) payı müvafiq olaraq 0,2 % və 3,5 % təşkil edir. Strategiyada hədəf qoyulmuşdu ki, 2020-ci ilə qədər elm və təhsilə ayrılan vəsait ÜDM-in 5-6 %-nə çatdırılsın, indi isə bu göstərici təxminən 2 dəfə aşağıdır. Eyni zamanda təhsil sahəsində çalışanların əməkhaqlarının ölkə üzrə orta maaşdan çox olması hədəflənirdi ki, hazırda bu göstərici də aşağıdır. Deməli, strategiyada qarşıya qoyulan hədəflər icra edilməyib", - deyə o qeyd edib.

Deputatın sözlərinə görə, Azərbaycan elmə yönəltdiyi vəsitin məbləğinə görə, dünyada 126 ölkə arasında 121-ci yerdə, təhsilə yönəltdiyi vəsaitin məbləğinə görə isə dünyada 100 ölkə arasında 97-ci yerdədir: "Odur ki, elm xərclərinin ÜDM-də payının 1%-ə, təhsil xərclərinin ÜDM-də payının isə 6-7 %-ə çatdırılması istiqamətində tədbirlər görülməlidir. Bunun da magsitral yolu cəmiyyət həyatının bütün sahələrində islahatlardan, o cümlədən, elm və təhsil sahəsində islahatlardan keçir".

Bundan başqa, Ə.Məsimli deyib ki, Azərbaycanın əhalisindən 2 dəfə çox insanı yedirmək və geyindirmək potensialı var: "İstehsalımızın hesabına həm daxili tələbat qarşılana, həm də bir neçə milyard dollarlıq kənd təsərüffatı məhsulları ixrac edilə bilər. İşğaldan azad edilmiş torpaqların hesabına bizim bu sahədə potensialımız azı 1/3 dəfə artıb".

44 - Tezliklə