EIB fəlakətlərdən zərər çəkmiş ölkələrdə mənzil tikintisini maliyyələşdirmək niyyətindədir

Maliyyə
  • 20 may, 2026
  • 14:46
EIB fəlakətlərdən zərər çəkmiş ölkələrdə mənzil tikintisini maliyyələşdirmək niyyətindədir

Avropa İnvestisiya Bankı (EIB) fövqəladə hallarla üzləşmiş dövlətlərdə mənzil layihələrinə dəstək göstərmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə EIB-in Mənzil, şəhərlər və regionlar şöbəsinin rəhbəri Luis Ebrero Rodriges Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" mövzusunda keçirilən panel müzakirəsində bildirib.

O qeyd edib ki, EIB tərəfdaşları – BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Fransa İnkişaf Agentliyi və bir sıra digər təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində ən çox zərər çəkmiş regionların əhalisinin müvəqqəti və təcili mənzillərlə təmin edilməsinə yönəlmiş layihələr həyata keçirir.

"Xüsusilə, bank Türkiyədəki dağıdıcı zəlzələlərdən sonra mənzil fondunun bərpası proqramlarında iştirak edib, Pakistanda fəaliyyət göstərib, həmçinin Keniyada UN-Habitat ilə birgə təşəbbüs həyata keçirir. Biz müstəsna olaraq bazar uğursuzluqlarının qeydə alındığı hallarda - sosial əlçatanlıq, enerji səmərəliliyi və fövqəladə hal mənzilləri sahəsində müdaxilə edirik. Bundan əlavə, biz fövqəladə hallar yaşayan ölkələrdə mənzil layihələrinə dəstək göstərməyi planlaşdırırıq", - E. Rodriges vurğulayıb.

44 filmi