EIB bələdiyyə mənzillərinin yeni formatlarını təhlil edir
- 20 may, 2026
- 14:47
Avropa İnvestisiya Bankı (EIB) bələdiyyə mənzillərinin perspektivli modellərini araşdırır.
"Report" xəbər verir ki, bu barədə EIB-nin mənzil, şəhərlər və regionlar şöbəsinin rəhbəri Luis Ebrero Rodriges Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.
L.Rodriges bankın mənzil təminatının səmərəli modellərinin təhlili və populyarlaşdırılması sahəsindəki fəaliyyəti barədə məlumat bölüşüb:
"EIB məqsədyönlü şəkildə bələdiyyə mənzil şirkətlərindən və qeyri-kommersiya birliklərindən başlayaraq kooperativlər və dövlət-özəl tərəfdaşlığına qədər müxtəlif formatları araşdırır. Uzunmüddətli icarə mexanizmləri, eləcə də mənzil bazarının tənzimlənməsində bələdiyyə orqanlarının rolu xüsusi diqqətə layiqdir. 5, 10, 15 ildən sonra mənzillərin bazar qiymətləri ilə yenidən satılmamasına zəmanət vermək prinsipial olaraq vacibdir, əks halda dövlətin iştirakından əldə edilən bütün faydalar itiriləcək".