EIB Aİ-nin mənzil sahəsindəki təcrübəsini inkişaf etməkdə olan ölkələrdə tətbiq edəcək
- 20 may, 2026
- 16:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İnvestisiya Bankı (EIB) Avropa İttifaqı (Aİ) dövlətlərində mənzil tikintisi üzrə tətbiq olunan sınanmış yanaşmaları Ukrayna, Keniya və Pakistan ərazisində uyğunlaşdırmaq və tətbiq etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə EIB-in mənzil, şəhərlər və regionlar şöbəsinin rəhbəri Luis Ebrero Rodriges Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Çoxtərəfli İnkişaf Bankları yerli səviyyədə dayanıqlı mənzil təminatını necə dəstəkləyə bilər?" adlı investorların dəyirmi masasında bildirib.
Avropa İnvestisiya Bankı müxtəlif dövlətlərdə öz səmərəliliyini nümayiş etdirmiş mənzil infrastrukturunun formalaşdırılması modellərini yayır. Bank Aİ ölkələrində toplanmış təcrübəni Ukrayna, Keniya, Pakistan və Tunisə ötürmək vəzifəsini qarşısına qoyur. Mənzil tikintisi xərcləri ilə vətəndaşların faktiki ödəmə qabiliyyəti arasındakı fərqi aradan qaldırmaq əvvəlki kimi prioritet məqsəd olaraq qalır", - L.Rodriges qeyd edib.