“Effektinvest” BOKT-un öhdəlikləri 58 %-dən çox artıb
- 06 may, 2024
- 14:24
Yeniliklərdən dərhal xəbərdar olun!
“Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-ci ili 182 min manat xalis mənfəətlə başa vurub və bu, 2022-ci ilin göstəricisinə nisbətən 60,7 dəfə çoxdur.
“Report” xəbər verir ki, ötən il “Effektinvest”in vergiyəqədərki mənfəəti 227 min manat (75,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 45 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə “Effektinvest”in aktivləri 2,17 milyon manat olub ki, bu da illik müqayisədə 48,5 % çoxdur. Bunun 1,297 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 34 % böyüyüb.
Hesabat dövründə “Effektinvest”in öhdəlikləri 58,3 % artaraq 988 min manata, balans kapitalı 41,2 % artaraq 1,182 milyon manata, nizamnamə kapitalı isə 23,5 % artaraq 1 milyon manata çatıb.
Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri 51 % payla Fərid Köçərli, 47,5 % payla Şirin Cavadov və 1,5 % payla Elçin Niftiyevdir (direktor).