EBRD Türkiyənin aparıcı bankına 50 milyon dollar kredit ayırıb

Maliyyə
  • 11 noyabr, 2021
  • 11:54
EBRD Türkiyənin aparıcı bankına 50 milyon dollar kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Türkiyənin aparıcı bankı - “Akbank”a 50 milyon ABŞ dolları kredit ayırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, kredit Türkiyədə qadınların rəhbərlik etdikləri biznes sahələrini maliyyələşdirmək məqsədilə ayrılıb.

Maliyyələşmə EBRD-nin yeni genişləndirilən və Türkiyə bankları vasitəsilə qadınların rəhbərlik etdiyi bizneslərə ümumilikdə 600 milyon avro təmin edən “Biznes Qadınları” proqramının bir hissəsidir. Proqramı Avropa İttifaqı və Türkiyənin Kredit Zəmanət Fondu, həmçinin Xəzinə və Maliyyə Nazirliyi dəstəkləyir.

Bundan başqa, EBRD yeni limit vasitəsilə “Akbank”a ticarət maliyyələşməsi dəstəyini gücləndirir və Xüsusi Riskin Paylaşımı Çərçivəsində, kiçik və orta müəssisələrə verilən fərdi “Akbank” kreditlərinin riskinin 50%-ə qədərini bölüşəcək.

Xatırladaq ki, EBRD Türkiyədə aparıcı institusional investordur. Bu günə qədər, bank 351 layihə vasitəsilə ölkəyə 14 milyard avro sərmayə qoyub ki, onların da 95%-I özəl sektordadır. Bankın Türkiyədəki 7 milyard avroluq portfeli, EBRD-nin investisiya qoyduğu 38 iqtisadiyyat arasında ən böyüyüdür.

44 filmi